Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundovun barəsində çıxarılmış hökmün 20 ildən ömürlük həbs cəzasına dəyişdirilməsi siyasi qərardır.
Bu sözləri BUTA.TV-a açıqlamasında “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov deyib.
“Ermənistan rəhbərliyi Azərbaycan prezidentinin bu məsələdə həssas olduğunu bildiyi üçün belə qərar qəbul edib. Bununla bizim diqqətimizi çəkməyə və bu əsgərin dəyişdirilməsini alver predmetinə çevirməyə çalışırlar. Bu mənada bu qərar hüquqi yox, siyasi qərardır”, - vəkil bildirib.
Qeyd edək ki, Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib.
- Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - Video
- 2 yaşlı uşaq faciəvi şəkildə öldü
- Bu yolda hərəkət iflic oldu - Video
- Sabah 30 dərəcə isti olacaq
- Akif İslamzadənin vəziyyəti necədir?
- Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü
- Ələtdə pəncərəni silən qadın yıxılıb öldü
- Rəqib azarkeşlərə hücum etdilər - Video