Azərbaycana qarşı dezinformasiya müharibəsi genişlənib.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Son bir neçə gündə təxribat məqsədilə yayımlanan xəbərlərə diqqət yetirək:
1. “Azərbaycanın açdığı atəş nəticəsində erməni hərbçi ölüb”;
2. “Avropa Birliyi Komissiyasının vitse-prezidenti Jozep Borrell 150 min (? – halbuki hətta Ermənistan rəsmiləri 100 min olduğunu iddia edir – red.) erməninin zorla Qarabağdan çıxarıldığını bildirib”;
3. “Azərbaycan Ukraynaya mərmi göndərib”.
Bunların yalan olduğunu biz bilirik, ancaq bu dezinformasiyalar geniş auditoriyası olan xarici media qurumlarında yayımlanır”, - politoloq vurğulayıb.
O xatırladıb ki, 1990-cı illərdə də belə idi, torpaqlarımız ard-arda işğal olunurdu, soyqırımlar baş verirdi, yüzminlərlə soydaşımız yurdlarından qovulurdu, ancaq beynəlxalq mediada bizi təqsirkar çıxarırdılar, informasiya blokadasında idik:
“Sonrakı illərdə informasiya blokadasanı yarsaq da, ikili standartlardan qurtulmamışıq. Bütün hallarda informasiya işində fəallığı artırmalıyıq”.
- 61 yaşlı kişi iş yerində qəfil öldü
- Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - VİDEO
- 2 yaşlı uşaq faciəvi şəkildə öldü
- Bu yolda hərəkət iflic oldu - Video
- Sabah 30 dərəcə isti olacaq
- Akif İslamzadənin vəziyyəti necədir?
- Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü
- Ələtdə pəncərəni silən qadın yıxılıb öldü