Kubanın dövlət və siyasi xadimi Fidel Kastronun kiçik bacısı Xuanita Kastro dekabrın 4-də Mayamidə (Florida) vəfat edib.
BUTA.TV TASS-a istinadla xəbər verir ki, bu barədə onun nümayəndəsi Mariya Antonietta Kollinz məlumat verib.
“Bu gün müstəsna qadın və Kuba uğrunda yorulmaz döyüşçü Xuanita Kastro 90 yaşında vəfat etdi”, - o, İnstaqram səhifəsində yazıb.
Xuanita Kastro 1964-cü ildə vətənini tərk edib, bundan sonra o, Kuba hakimiyyətini dəfələrlə açıq şəkildə tənqid edib.
Daha sonra o, 1961-ci ildən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini etiraf edib.
- 61 yaşlı kişi iş yerində qəfil öldü
- Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - VİDEO
- 2 yaşlı uşaq faciəvi şəkildə öldü
- Bu yolda hərəkət iflic oldu - Video
- Sabah 30 dərəcə isti olacaq
- Akif İslamzadənin vəziyyəti necədir?
- Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü
- Ələtdə pəncərəni silən qadın yıxılıb öldü