Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) elan edilməsinə həsr olunmuş konfransda iştirak edib.
Bu barədə BUTA.TV-a SOCAR-dan bildirilib.
İqlim dəyişmələri üzrə qlobal çağırışları nəzərə alan və ətraf mühitin mühafizəsini prioritet istiqamət kimi müəyyənləşdirən SOCAR OGDC xartiyasına qoşulduğunu elan edərək neft-qaz əməliyyatları zamanı ekoloji məsələlərə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirib.
Qeyd edək ki, OGDC xartiyası 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra nail olma, 2030-cu ilə qədər “Upstream” seqmentində metan emissiyaları üzrə sıfır hədəfinə yaxınlaşma, 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi kimi hədəfləri özündə əks etdirir.
- Azərbaycanda hantavirusa yoluxma varmı? - Video
- Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - Foto
- 190 minlik dələduzluq: 4 nəfər saxlanıldı
- Yaponiya İran müharibəsi başlayandan bəri Azərbaycandan ilk neft partiyasını alacaq
- 61 yaşlı kişi iş yerində qəfil öldü
- Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - VİDEO
- 2 yaşlı uşaq faciəvi şəkildə öldü
- Bu yolda hərəkət iflic oldu - Video