Azərbaycanın Ukraynaya hərbi təyinatlı yardım göstərməsi ilə bağlı tirajlanan xəbər tamamilə yalandır.
BUTA.TV xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir.
“Belə ki, Azərbaycan top mərmisi istehsal etmir və bu iddia sadəcə cəfəngiyyatdır. Azərbaycan humanizm prinsiplərini əsas götürərək Ukraynaya yalnız humanitar dəstək göstərir. Ukrayna bayrağı ilə jurnalist olduğu deyilən şəxsin çəkildiyi şəkilin Azərbaycanla heç bir əlaqəsi yoxdur. Medianın İnkişafı Agentliyi olaraq yerli və xarici sosial media istifadəçilərini bu kimi cəfəng xəbərlərə ehtiyat və həssaslıqla yanaşmağa çağırırıq”, - açıqlamada deyilir.
- Azərbaycanda hantavirusa yoluxma varmı? - Video
- Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - Foto
- 190 minlik dələduzluq: 4 nəfər saxlanıldı
- Yaponiya İran müharibəsi başlayandan bəri Azərbaycandan ilk neft partiyasını alacaq
- 61 yaşlı kişi iş yerində qəfil öldü
- Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - VİDEO
- 2 yaşlı uşaq faciəvi şəkildə öldü
- Bu yolda hərəkət iflic oldu - Video