Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün Londondan Pekinə qədər 6 milyard dollardan çox ticarət dövriyyəsi olacaq dəhlizin yaradılması vacibdir. Yolun uzunluğu 9 min kilometrdən çox olacaq və o, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ermənistan, İrandan da keçəcək.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin TGRT xəbər agentliyinin Xarici xəbərlər departamentinin direktoru Əmrə Diner İrəvanda “Yeni regional reallıqlar və Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) konfransında deyib.
Onun sözlərinə görə, bu, həm Avropadan Çinə gedən yolu qısaldacaq, həm də regionda sülhə töhfə verəcək:
“Bugünkü mühit bu dəhlizin formalaşmasına imkan verir. Ermənistanın bu dəhlizdə iştirakı ona ticarətin inkişafı, enerji və kommunikasiyaların şaxələndirilməsi, həmçinin İrəvanın regionda geosiyasi rolunun gücləndirilməsi üçün yeni imkanlar yaradacaq. Bu, region ölkələrinin qarşılıqlı asılılığını artıracaq. Avropadan Çinə gedən ən qısa yolun istismarı ermənilərin problemlərini həll edəcək. Bu, praqmatik dialoqa çağırışdır. Ticarət yolu qarşılıqlı razılaşmanı nəzərdə tutur və region ölkələri arasında münasibətləri yaxşılaşdıracaq. Bu fürsət qaçırılmamalıdır”.
- Azərbaycanda hantavirusa yoluxma varmı? - Video
- Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - Foto
- 190 minlik dələduzluq: 4 nəfər saxlanıldı
- Yaponiya İran müharibəsi başlayandan bəri Azərbaycandan ilk neft partiyasını alacaq
- 61 yaşlı kişi iş yerində qəfil öldü
- Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - VİDEO
- 2 yaşlı uşaq faciəvi şəkildə öldü
- Bu yolda hərəkət iflic oldu - Video