İki ay davam edən mübarizə və məhkəmə prosesindən sonra təbrizli valideynlər oğullarına “Baycan” adına kimlik sənədi almağa nail olublar.
Kult.az xəbər verir ki, bu barədə Baycanın atası Ramin Cəbraili məlumat verib.
O, Şərqi Azərbaycan əyalətinin Qeydiyyat İdarəsinin türk mənşəli ada sənəd verməkdən imtina etməsindən sonra məhkəməyə müraciət etdiyini yazıb.
Cəbraili uzun məhkəmə prosesindən sonra oğluna verdiyi ada görə kimlik sənədi verilməsi barədə qərar çıxarıldığını bildirib.
Qeyd edək ki, ölkənin Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir. Qeydiyyat İdarəsinə görə, siyahıda olmayan adlar əcnəbi ad hesab olunur və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.
- 61 yaşlı kişi iş yerində qəfil öldü
- Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - VİDEO
- 2 yaşlı uşaq faciəvi şəkildə öldü
- Bu yolda hərəkət iflic oldu - Video
- Sabah 30 dərəcə isti olacaq
- Akif İslamzadənin vəziyyəti necədir?
- Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü
- Ələtdə pəncərəni silən qadın yıxılıb öldü