Ermənistana qarşı təhlükələrdən qaçmaq üçün İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Eyni zamanda, dövlət sərhədinin delimitasiyası və demarkasiyasını həyata keçirməlidir.
BUTA.TV xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, “Milli müdafiə” jurnalının redaktoru İqor Korotçenko deyib.
“Amma Ermənistan sülh müqaviləsi imzalamaq istəmir. İrəvan Fransanın qucağında oturaraq, mümkünsə, Almaniyanı da cəlb edib, ABŞ-a arxalanaraq, prosesi yenidən yubatmağa çalışır. Ermənistan və Azərbaycan vasitəçi olmadan razılaşıb sülh müqaviləsi imzalaya bilər. Azərbaycan öz sülh müqaviləsi layihəsini dəfələrlə formalaşdırıb. Hələlik biz Ermənistandan ancaq siyasi demaqogiya görürük. Yeri gəlmişkən, ABŞ-ın mövqeyi, təəssüf ki, Cənubi Qafqazda sülh üçün dağıdıcıdır. Bunu Bakı ilə İrəvan arasında baş verən son münaqişə də göstərir”, - o bildirib.
Korotçenkonun sözlərinə görə, ABŞ Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istərdi:
“Ona (Bakı - red) necə təzyiq edə bilərik, onu Vaşinqtonun bəzi tövsiyələrinə əməl etməyə necə məcbur edə bilərik? Heç bir şəkildə. Və bu, Vaşinqtonun xoşuna gəlmir. Ona görə də Amerikanın erməni xəritəsindən, Qarabağ ermənilərinin xəritəsindən istifadə etmək cəhdləri var. Eyni zamanda, başa düşmək lazımdır ki, bu, hələ hamısı deyil. Qərb Ermənistanı dəstəkləməyə köklənib. Serbiyanın xüsusi mövqeyini, Macarıstanın, İtaliyanın, Bolqarıstanın, Cənub Qaz Dəhlizi ilə Azərbaycandan qaz alanların hamısının xüsusi mövqeyini bilirik”.
- Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - Video
- 16 yaşlı yeniyetmənin meyiti tapıldı - Foto
- Azərbaycanda hantavirusa yoluxma varmı? - Video
- Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - Foto
- 190 minlik dələduzluq: 4 nəfər saxlanıldı
- Yaponiya İran müharibəsi başlayandan bəri Azərbaycandan ilk neft partiyasını alacaq
- 61 yaşlı kişi iş yerində qəfil öldü
- Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - VİDEO