Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.
- Heydər Əliyev zirvəsinə yürüş keçirildi
- Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıya gəldi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
- Şəmkirdə ağır qəza: ölən var
- Mağazadan seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video
- Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - Video
- 16 yaşlı yeniyetmənin meyiti tapıldı - Foto