Hamı anlayır ki, “Zəngəzur dəhlizi” ideyasını həyata keçirmək mümkün deyil.
BUTA.TV “Pars Todey”ə istinadla xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Araz dəhlizi” mövzusunda keçirilən ixtisaslaşdırılmış sessiyada deyib. “Hamı etiraf etdi ki, “Zəngəzur dəhlizi” kimi ideyaları həyata keçirmək mümkün deyil. Bu kontekstdə Azərbaycan və İran arasında Araz dəhlizinin yaradılması ilə bağlı razılaşma əlverişli fürsətdir”, - deyə o bildirib.
O qeyd edib ki, Qarabağ ətrafında baş verən hadisələrdən sonra regional sülhün həlli ilə bağlı müxtəlif layihələr irəli sürülüb. Onun sözlərinə görə, Qərb ölkələri İranı regiondan sıxışdırıb çıxarmağa çalışsalar da, müxtəlif səviyyələrdə görülən tədbirlər nəticəsində bu məsələ indi gündəmdən çıxıb.
İran səfiri həmçinin bildirib ki, regionda iqtisadi təşəbbüslərin həyata keçirilməsi ilə geniş konsensus imkanları yaranıb.
- Azərbaycan vətəndaşı belə əsir götürüldü - Video
- Los Ancelesdəki Baş konsulluğumuz evakuasiya edildi
- Fidandan Azərbaycan açıqlaması: Sülh üçün fürsətdir…
- İrəvanın banlamasında Makronun qulaqları görünür - Arkov
- Təbrizin deputatı da Bakıya hürənlər sürüsünə qoşuldu
- EASA AZAL təyyarəsinə görə dünyaya müraciət etdi
- Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək?
- İstehsalçılar unun qiymətini açıqladı