Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrinin bir çox istiqamətlər üzrə yaxşı perspektivlərinin olduğunu bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə Əli Əsədovun dekabrın 2-də Müstəqillik Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktuma təbrik məktubunda deyilir.
Məktubda bildirilib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərini qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətləri, ortaq dini və mədəni dəyərlər birləşdirir:
“Bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası əlaqələrin bu gün müvəffəqiyyətlə inkişaf etdiyi qeyd olunur, investisiya, iqtisadi-ticari, bərpaolunan enerji, turizm sahələrində əməkdaşlığın son vaxtlar genişlənməsi xüsusi vurğulanır”.
Məktubda, həmçinin Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bir çox istiqamətlər üzrə yaxşı perspektivlərinin olduğu qeyd edilərək qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin bundan sonra da iki ölkənin xalqlarının rifahına töhfələr verəcəyinə əminlik ifadə olunur.
- 20 günün əsgəri vəfat etdi - Foto
- Zakir Həsənov bu AB ölkəsinə getdi
- Heydər Əliyev zirvəsinə yürüş keçirildi
- Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıya gəldi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
- Şəmkirdə ağır qəza: ölən var
- Mağazadan seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video