Kim nə deyir desin, mən heç vaxt HƏMAS-ı terror təşkilatı kimi qəbul edə bilmərəm.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-la əlaqələrə görə Vaşinqtonun Ankaraya sanksiya tətbiq etmək ehtimalı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
“20 il bundan əvvəl ABŞ-a səyahət etdiyim zaman yəhudi icması ilə iclasım olmuşdu. O zaman məndən HƏMAS-la bağlı fikirlərimi soruşmuşdular. Mən də bildirmişdim ki, HƏMAS terror təşkilatı deyil. Onlar sadəcə 1947-ci ildən bəri əllərində saxladıqları bir ovuc torpaqda mübarizələrini davam etdirən insanlardır. İndi də həmin fikirdəyəm. Kim nə deyir desin, mən heç vaxt HƏMAS-ı nə terror təşkilatı kimi qəbul edərəm, nə də bu haqda düşünərəm. Siz (ABŞ - red.) PKK, YPG və FETÖ-nü mükafatlandırarkən, bizdən HƏMAS-ı bu şəkildə şərh etməyi gözləyə bilməzsiniz”, - Türkiyə lideri bildirib.
- 20 günün əsgəri vəfat etdi - Foto
- Zakir Həsənov bu AB ölkəsinə getdi
- Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıya gəldi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
- Şəmkirdə ağır qəza: ölən var
- Mağazadan seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video
- Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - Video