Qızılcaya yoluxan şəxslərlə təmasda olanlar əvvəllər bu xəstəliyi keçiribsə, eyni zamanda iki doz peyvənd vurdurubsa, onun yenidən vaksin olunmasına ehtiyac yoxdur.
BUTA.TV xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
Onun sözlərinə görə, xəstəliyə yoluxan şəxslə təmasda olanın xəstəliyi keçirmədiyinə dair sübutu yoxdursa və heç vaxt peyvənd vurdurmayıbsa, vaksinasiya üçün müraciəti tövsiyə edilir:
“Həmin şəxs təmasdan sonra ilk 72 saat ərzində peyvənd vurdurmalıdır. Peyvəndlər orta tibb ixtisası olan şəxslər tərəfindən vurdurulmalıdır”.
T.İbrahimova xatırladıb ki, TƏBİB-in tabeliyində olan xəstəxanalarda qızılca ilə əlaqəli yatan şəxslərin stasionar müalicəsi icbari tibbi sığorta çərçivəsində ödənişsiz həyata keçirilir:
"Bütün peyvəndlər istehsalçı ölkələrin tövsiyəsinə uyğun şəraitdə saxlanılır və narahatlıq üçün heç bir əsas yoxdur".
- 20 günün əsgəri vəfat etdi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
- Şəmkirdə ağır qəza: ölən var
- Mağazadan seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video
- Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - Video
- 16 yaşlı yeniyetmənin meyiti tapıldı - Foto
- Azərbaycanda hantavirusa yoluxma varmı? - Video