Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.
- 20 günün əsgəri vəfat etdi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
- Şəmkirdə ağır qəza: ölən var
- Mağazadan seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video
- Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - Video
- 16 yaşlı yeniyetmənin meyiti tapıldı - Foto
- Azərbaycanda hantavirusa yoluxma varmı? - Video