“Yuxarı Lars” keçid məntəqəsindən kənd təsərrüfatı məhsulları ilə dolu çoxlu yük maşını geri qayıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Hayastan” (“Ermənistan”) blokundan olan deputatı Qarnik Danielyan deyib. O bildirib ki, yük maşınlarının sürücüləri və sahibkarlar gücləndirilmiş fitosanitar nəzarəti nəticəsində qanun pozuntularının qeydə alındığı və onların sərhədi keçməsinə icazə verilmədiyini vurğulayırlar.
“Belə davam edərsə, iş adamları böyük, ciddi itkilərə məruz qalacaqlar. Bunun iqtisadiyyatımız üçün fəlakətli nəticələri ola bilər. Təcili tədbirlər görülməsə, soydaşlarımıza külli miqdarda ziyan dəyəcək”, - o, xəbərdarlıq edib.
Qeyd edək ki, Rusiya “Yuxarı Lars” keçid məntəqəsində kənd təsərrüfatı məhsullarının Ermənistandan idxalını faktiki olaraq qadağan edib. Bunun siyasi qərar olduğu və Rusiyanın Ermənistanı cəzalandırmaq üçün istifadə edildiyi bildirilir.
- 20 günün əsgəri vəfat etdi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
- Şəmkirdə ağır qəza: ölən var
- Mağazadan seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video
- Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - Video
- 16 yaşlı yeniyetmənin meyiti tapıldı - Foto
- Azərbaycanda hantavirusa yoluxma varmı? - Video