Müəllimə dəyər vermək lazımdır, bunu açıqca və ya gül dəstəsi ilə etmək olar.
BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib. O bildirib ki, qızıl hədiyyəsi düzgün deyil:
"Biz hədiyyə məsələsinə yalnız şikayət olacağı təqdirdə müdaxilə edə bilərik. Amma bütün valideynlərə təzyiq göstərə bilmərik. 8 Mart - Beynəlxalq Qadınlar Bayramı ərəfəsində valideynlərə müraciət etdim ki, müəllimə, pul verməyin. Amma nə müşahidə etdik? Valideynlər yenə də hədiyyə verdi. Hesab edirəm ki, valideynlərdə davranış mədəniyyəti hələ də tam formalaşmayıb. Nazirlik 3 milyon insana nəzarət edə bilməz. Müəllimə hansısa məclisdə qızıl verirlərsə nazir olaraq bunun qarşısını necə ala bilərəm? Müəllimə diqqət göstərmək ayıb deyil, açıqça, gül vermək olar. Amma qızıl vermək ayıbdır. Biz bunu qınaya bilərik".
- “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı
- 20 günün əsgəri vəfat etdi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
- Şəmkirdə ağır qəza: ölən var
- Mağazadan seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video
- Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - Video
- 16 yaşlı yeniyetmənin meyiti tapıldı - Foto