İrəvan və Moskvanın nümayəndələri Avrasiya İqtisadi Komissiyası çərçivəsində Ermənistan məhsullarının Rusiyaya idxalı ilə bağlı vəziyyəti müzakirə edəcəklər.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan parlament komissiyasının iclasında “Rosselxoznadzor”un bəyanatını şərh edərkən deyib.
Erməni nazir qeyd edib ki, ötən il də 40-dan az (indi artıq 72-dir - red.) oxşar hal baş verib və məhsullar Rusiyadan geri qaytarılıb:
“İndi “Rosselxoznadzor”un məlumatı və mövcud informasiyalar problemin mahiyyətini başa düşmək üçün müvafiq orqanlarımız tərəfindən diqqətlə öyrənilir”, - o bildirib.
Qeyd edək ki, Ermənistandan Rusiyaya “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının keçidinə icazə verilmir. Ermənilər bunu siyasi qərar və Ermənistana qeyri-rəsmi sanksiya hesab edirlər.
- Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı
- 20 günün əsgəri vəfat etdi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
- Şəmkirdə ağır qəza: ölən var
- Mağazadan seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video
- Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - Video