"Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimi Birliyinin ulduz səfiri seçilən xalq artisti Tünzalə Ağayeva ilk dəfə olaraq məhkum qadınlar arasında SƏS müsabiqəsi keçirəcək.
Kult.az xəbər verir ki, birliyin sədri Firuzə Cəlilova sənətçiyə mahnılarından birinin birliyin himni üçün seçməsini təklif edib.
T.Ağayeva bu təklifi qəbul edib və himn olaraq seçiləcək mahnını məhkum qadınlardan biri ilə duet oxuyacağını bildirib. Fikir çox bəyənilib, dərhal hazırlıqlar başlayıb.
Xalq artisti hazırda məhkum qadınlar arasında ona lazım olan səsi tapmaq üçün seçim aparır.
Qeyd edək ki, məhkum qadınlarla ünsiyyətdə müəyyən məhdudiyyətlər olduğu üçün seçim videoformatda aparılır.
- Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır
- Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu
- "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə
- Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi
- Prezidentin xüsusi nümayəndələrinin sayı artdı
- Azərbaycanda bu iki nazir postu boşdur
- Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb
- Muxtar Babayev vəzifəsindən azad edildi