Canlı efirdə yad kişilərlə yazışdığını etiraf edən 3 uşaq anası ekspertləri qəzəbləndirib.
BUTA.TV xəbər verir ki, hadisə Xəzər telekanalında yayımlanan "Təsir dairəsi" proqramında baş verib. Belə ki, həyat yoldaşı olmasına baxmayaraq, yad kişilərlə telefonla danışdığını açıqlayan hicablı qadın hər kəsi təəccübləndirib: "Bəli, telefonla başqaları ilə danışmışam, yazışmışam. Amma ömür boyu halalım olmayan biri mənə barmağının ucu ilə belə toxuna bilməz. Mən həyat yoldaşımı sevirdim, amma mənimlə kobud davranırdı".
Bu fikirlər verilişin aparıcısı Lalə Azərtaşı özündən çıxarıb. O, qadını tənqid atəşinə tutub: "Ay üç uşaq anası, sənin dediyin "haram olan kimsə mənə toxuna bilməz" sözünü alqışlayıram. Bu alqışlar sənədir. Amma 3 oğul anası telefonla necə yazışa bilər? evli qadın başqaları ilə necə danışa bilər? Sən nə danışırsan?!"
- Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır
- Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu
- "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə
- Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi
- Prezidentin xüsusi nümayəndələrinin sayı artdı
- Azərbaycanda bu iki nazir postu boşdur
- Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb
- Muxtar Babayev vəzifəsindən azad edildi