“Qızının toyu olan gün oğlu qəzada həlak oldu, amma toyu saxlamadı” - FOTOLAR

08:56 - 25 Noyabr 2023 - MAQAZİN

 “Qızının toyu olan gün oğlu qəzada həlak oldu, amma toyu saxlamadı” - FOTOLAR

“Mən hələ uşaq idim, Əfsər Cavanşirovun “Bənövşə” uşaq xorunda oxuyurdum. Nisə xanım Qasımova Ceyran Haşımovaya demişdi ki, mənim bir rəfiqəm var, çox istəyirəm ki, o bu ansambla gəlsin. Mən gəldim, səhnəyə çıxıb oxuyanda ağlamağa başladım. Ceyran müəllim dedi ki, niyə ağlayırsan? Qarşımda o qədər böyük sənətkar var idi ki, utandığımdan ağlayırdım. Qorxurdum. Həm də bu mənim daxili abır-həyam idi. Öz-özümə deyirdim ki, Firuzə, özünü yığışdır, yaxşı oxu. Müğənnilərin sayı artsa da, mahnıların keyfiyyəti azalıb. Mənə elə gəlir ki, yaxın 10 ildə hamı retro mahnılar oxuyacaq. Bu gün nədənsə müğənninin səhnə həyatı yox, səhnəarxası həyatı hamıya maraqlıdır”

Bunu  açıqlamasında əməkdar artist Firuzə İbadova deyib. O daha sonra əlavə edib. “Deməzdim ki, çox böyük sənətim var. Özümə görə balaca da olsa sənətim var. O illərdə bir müddət sənətdən uzaqlaşdım. Çox böyük sənətkarlarımız mənə zəng edirdilər ki, sənətə qayıt. Bir çoxları elə bilirdi ki, Azərbaycandan köçmüşəm, burada yoxam. Mən sənətsiz qala bilməzdim. İlhamə Quliyeva ağır günlərimdə mənə bir bacı kimi dəstək olub. Onun yeri görünür. Bəzən deyirlər ki, İlhamə xanımdan hamı qorxurdu. Mən belə deməzdim. O qorxunun özündə də bir hörmət olur. İlhamə xanım olduqca gözəl insan idi, xarakteri var idi” deyə müğənni bildirib.

Müğənni toylarla bağlı efiraf da edib.

“Uzun illərdir toylara gedirik. Elə hallar olub ki, problemlərimə görə toyda üzüm gülməyib. Mahnı oxumuşam, gözümdən leysan axıb. Sonra öz-özümə düşünmüşəm ki, toy ömürdə bir dəfə olur. Mənim ixtiyarım yoxdur ki, kiminsə toyunda sifət edib oturum. Tez özümü yığışdırmışam. Ansamblın uşaqları da, Cavanşir müəllim də mənə dəstək olub” deyə o bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Şagirdlərin yerdəyişməsi bu tarixdə başlanacaq

Firuzə İbadova daha sonra bir faktı da bizimlə bölüşüb.

“Rəşid Behbudov Azərbaycan musiqisinin səfiri idi. Mahnı teatrı ilə birlikdə qastrol səfərlərinə gedəndə hamı Rəşid müəllimi böyük heyranlıqla izləyirdi. Sənətkarlar bizim tariximizdir. Bizim musiqimiz də valehedicidir. Bizim xəzinəmizdir. Xuraman Abbasova adlı Sosialist Əməyi qəhrəmanı var idi. Allah ona rəhmət etsin. O vaxt hamı bu qadının iradəsindən danışıb onu misal çəkirdi. Qızının toyu olan günü oğlu qəzada həlak oldu. Həmin qadın o toyu saxlamayıb. Deyib ki, aparın oğlumu qoyun həyətə, toyu yola verəndən sonra onun dəfninə başlayacağıq. Ananın ürəyinə baxın. Azərbaycanın igid anası budur. Xuraman xanım Qarabağlı qızı idi. Görün o milli dəyərlərimizə nə qədər sahib çıxmağı bacarırdı” deyə müğənni bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol