Paşinyanın gəlişinin Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir edəcəyi barədə xəbərdarlıq etmişdim, lakin mənə qulaq asmadılar.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin deyib.
“Dedilər ki, mən reallıqdan uzağam: “Onu xalq dəstəkləyir, Rusiya ümumiyyətlə müxalifətlə əməkdaşlıq edə bilməz, prinsipial xətt var, rəhbərlərlə, rəsmi hakimiyyətlə işləyirik”. Nikol 2021-ci ildə növbədənkənar parlament seçkisi keçirmək qərarına gəldikdən sonra erməni müxalifət Rusiyaya üz tutdu və ona hansısa formada açıq şəkildə dəstək verməsini istədi. Rusiya bundan imtina etdi və bildirdi ki, Ermənistan müxalifəti hakimiyyətə gəlsə, Qarabağda müharibəyə son qoyan 9/10 noyabr Üçtərəfli Bəyanatdan imtina edəcək. Sənəddən imtina yeni müharibəyə səbəb ola bilərdi. Dedilər ki, qətiyyən olmaz! Nə danışırsınız?! Birdən Paşinyanın başına bir iş gələr. Axı o, Bəyanatı imzalayan üç nəfərdən biridir. Nikol yoxdusa, yenə düşmənçilik başlayacaq, biz (Moskva - red.) də prosesə qarışacağıq, qarışmaq istəmirik, öz işimiz var, ona (Paşinyana - red.) toxunmayın”, - o bildirib.
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
- Bakının bu məntəqələri arasında xüsusi avtobuslar olacaq
- Bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
- Prezidentimizlə görüşdə bunu demək istəyirdim - Şəhid atası
- Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı
- 20 günün əsgəri vəfat etdi