"10 il yalnız qadın məclislərində iştirak etdim. Amma artıq ümumi toy məclislərinə geri dönüş etdim. Zəng edib yalvarırdılar ki, toyumuza gəl, mən də cavab verirdim ki, yox, mən getmirəm. Amma indi toy məclislərinə qayıtdım".
BUTA.TV Bizim.media-ya istinadla xəbər verir ki, bunu müğənni Xuraman Şuşalı deyib. 10 il içki məclislərinə getməyən sənətçi artıq bu özünəqadağaya son qoyub:
"İndi bir çox qadın məclisləri var ki, orada xanımlar rahat-rahat spirtli içkilər içirlər. Mən burada heç kimin işinə qarışmıram. Hər kəs özünə cavabdehdir. Sadəcə mən qonorarımda çox böyük endirim etmişdim ki, halal məclislərə gedim. Lakin endirimlə yenə də haram məclislərə gedirəmsə... Moskvada yəhudi məclislər olur. O məclislərdən də yaxşı qonorar qazanırdım. Mən heç kimin qabağını ala bilmirəm. 10 il bununla mübarizə apardım".
- Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır
- Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu
- "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə
- Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi
- Prezidentin xüsusi nümayəndələrinin sayı artdı
- Azərbaycanda bu iki nazir postu boşdur
- Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb
- Muxtar Babayev vəzifəsindən azad edildi