Ukrayna Prezident Ofisi rəhbərinin müavini Mixail Podolyakın Ermənistanı tərifləməsi, onun düngün yolda olduğunu bildirməsinin adınca, İrəvanın “Baltik-Qara dəniz Müdafiə Alyansına” qəbulu haqda söylədikləri maraq doğurub.
BUTA.TV xəbər verir ki, bu alyansın mövcudluğu haqda geniş təsəvvür yoxdur.
“Hraparak” nəşri yazıb ki, bu alyans 2014-cü ildə - Krımın Rusiya tərəfindən ilhaqından sonra yaradılıb. Məqsəd Rusiyanın imperiya siyasətinə qarşı mübarizə aparmaq, Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərini azad etməkdir.
9 ildir fəaliyyəti görünməyən qurumu fəallaşdırmaq üçün Vladimir Zelenski bu ilin avqustunda Baltik və Qara dənizlərə çıxışı olan ölkələr arasında təhlükəsizlik alyansı yaratmağı təklif edib.
“Bu isə o deməkdir ki, Zelenski Paşinyanı Rusiyaya qarşı müharibəyə cəlb etməyə çalışır”, - məqalədə bildirilib.
- Bu xəbərlərə də göz at
- Məşhur baş məşqçi Şahruddinin komandasına gəlir?
- Rusiyanın Su-24 qırıcısı məhv edildi
- Qərbin Ukraynaya diqqəti azalmayacaq - Kuleba
- BMT-dən taxıl sazişi ilə bağlı yeni açıqlama
- Xalq şairi Hüseyn Arifin qızı vəfat etdi
- Messi 2023-cü ilin idmançısı seçildi