Serbiya Xarici İşlər Nazirliyi Xorvatiya səfirliyinin diplomatını arzuolunmaz şəxs elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Serbiya XİN-in məlumatında deyilir.
“Serbiya Respublikasının Xarici İşlər Nazirliyi, 20 noyabr 2023-cü il tarixində diplomatik münasibətləri tənzimləyən Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq, Xorvatiya səfirliyinin birinci katibi cənab Hrvoy Şnayderin arzuolunmaz şəxs elan edilməsi haqqında qərar qəbul etmişdir. Şnayder Serbiyada peşəkar fəaliyyəti zamanı diplomatik normaların hüdudlarından kənara çıxıb və yuxarıda qeyd olunan konvensiyanı kobud şəkildə pozub. Bununla bağlı diplomatik nota Xorvatiya Respublikasının səfiri Hidayət Bişçeviçə təqdim edilib”, - deyə bildirilib.
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
- Bakının bu məntəqələri arasında xüsusi avtobuslar olacaq
- Bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
- Prezidentimizlə görüşdə bunu demək istəyirdim - Şəhid atası
- Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı
- 20 günün əsgəri vəfat etdi