Ağcabədi rayonunda ağır yol qəzası baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində 1996-ci il təvəllüdü Ələsgərov Tural Elşad oğlu və onun əmisi oğlu Ələsgərov Rəzail Mansur oğlu xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinədən sonra Tural Ələsgərova boynun sınığı, Rəzail Ələsgərova isə kəllə-beyin travması diaqnozu qoyulub.
Yaralıların vəziyyəti nəzərə alınaraq rayon xəstəxanasında Bakıda yerləşən tibb müəssisələrinin birinə gətirilib. Faktla bağlı araşdırma aparılır.
- Bu xəbərlərə də göz at
- Məşhur baş məşqçi Şahruddinin komandasına gəlir?
- Rusiyanın Su-24 qırıcısı məhv edildi
- Qərbin Ukraynaya diqqəti azalmayacaq - Kuleba
- BMT-dən taxıl sazişi ilə bağlı yeni açıqlama
- Xalq şairi Hüseyn Arifin qızı vəfat etdi
- Messi 2023-cü ilin idmançısı seçildi