Kürdəmirdə elektrik cərəyanı ilə balıq ovlayan Saatlı rayon sakinləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Ərəbqubalı kəndi ərazisindən keçən su kanalından elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovlayan Saatlı rayon sakinləri S.Məmmədov, N.İsgəndərov, İ.Miriyev və N.İmanov saxlanılıblar.
Həmin şəxslərdən ov zamanı istifadə etdikləri elektrik cihazları, eləcə də ovladıqları müxtəlif növ balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək
- "Kapital Bank"ın İdarə Heyətinin sədri onlarla görüş keçirdi
- Şəkidə 23 mindən çox abonentin qazı kəsiləcək
- Əli Əsədov iclas keçirdi
- Qanunsuz çıxarılan 44 nəfər əvvəlki işlərinə bərpa edildi
- Məşhur futbolçu karyerasını başa vurdu