Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə bizim istədiyimiz qədər tez bitməyəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri "Fox News" kanalına danışan Ukrayna prezidenti Volodimr Zelenski söyləyib. O, döyüş meydanındakı vəziyyətdən, Ukrayna xalqının yüksək motivasiyası və əzmindən, qələbəyə inamından danışıb. Zelenski, həmçinin Ukraynanın azadlıq və dövlət uğrunda mübarizədəki səylərinə dünyanın diqqətinin saxlanmasının vacibliyini qeyd edib.
"İnsanlar nədənsə buna film kimi yanaşır və hadisələrdə uzun fasilələrin olmayacağını, gözlərinin qarşısındakı mənzərənin həmişə dəyişəcəyini, hər gün sürprizlərin olacağını gözləyirlər. Amma bizim üçün, döyüşçülərimiz üçün bu film deyil. Bunlar bizim həyatımızdır.
Bu, gündəlik zəhmətdir. Və hər şey istədiyimiz qədər tez bitməyəcək, amma bizim imtina etməyə haqqımız yoxdur və bunu etməyəcəyik",- deyə o vurğulayıb.
- 68 nəfər saxlanıldı - DİN
- FHN azyaşlıları belə xilas etdi - Video
- Həbsdəki oğlunu azad etdirəcəyini dedi, pulunu mənimsədi
- İran Hörmüzü açmağın şərtini elan etdi: Yalnız yuanla...
- Bakı bulvarı bahar nəfəsində - Foto
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- İşlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan qadın saxlanıldı
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq