Bizim brifinqimiz Azərbaycanın antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin ifşa edilməsi ilə əlaqədardır. Qeyd edim ki, Azərbaycan özünün suverenliyini bərpa edib.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqində XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib.
O bildirib ki, Ermənistan Azərbaycan ərazilərinə dövlətlərarası razılaşma olmadan qeyri-qanuni silah daşımalarını həyata keçirib:
“Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi qurana qədər Ermənistan təkcə silah tədarükünü həyata keçirmirdi. Ermənistan, eyni zamanda, Azərbaycan ərazilərində minalar basdırırdı. Biz beynəlxalq ictimaiyyətə üzləşdiyimiz çağırış barədə mövqeyimizi çatdırmışdıq”, - deyə Ayxan Hacızadə bildirib.
XİN rəsmisi qeyd edib ki, Azərbaycanın antiterror tədbirlərindən sonra Ermənistanın 2021-ci ildə istehsal olunmuş sursatları Qarabağda tapılıb.
Qeyd edək ki, brifinq Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpus və hərbi attaşelər üçün nəzərdə tutulub.
- Daha bir şirkətin vergi borcu üzə çıxdı
- Nəriman İskəndərov Azərbaycana ekstradisiya ediləcək
- Məzahir Pənahovun maaşı bu qədər artdı
- Kamran Əliyevin maaşı 10490 manat qaldırıldı
- MSK üzvlərinin maaşları artırıldı
- Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırıldı
- Yeni vəzifə maaşları: Baş nazir 17160 manat, nazir isə...
- Qəbiristanlıqlarda mina riski var, diqqətli olun!