Açıq havada və insanların sıx olduğu yerlərdə siqaret çəkmək qanunla qadağandır. Bu qadağanı pozan şəxsləri cərimə də gözləyir.
Buta.tv-nin məlumatına görə, bu məsələ ilə bağlı təbliğat işləri aparılsa da hələ qanuna əməl etməyən vətəndaşlara rast gəlnir. Siqareti çəkərək qaydanı pozan şəxslər hətta onun qalığını yerə atmaqdan da çəkinmirlər. Bu isə qaydaların kobud şəkildə pozulması deməkdir.
İctimai yerlərdə tütün məhsullarından istifadə edərək digər vətəndaşları narahat etmək və siqaret kötüklərini yerə ataraq ətrafı zibilləməyə görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub.
Belə ki, "Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə edilir. Eyni zamanda tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə olunur.
Siqaret çəkilməsi qadağan edilən və cərimə nəzərədə tutulan digər yerlər isə bunlardır:
Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə - 100 manat
Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə - 40 manat
Vaqonlarda - 50 manat
Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə - 40 manat
Müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda - 40-50 manat
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
- Bakının bu məntəqələri arasında xüsusi avtobuslar olacaq
- Bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
- Prezidentimizlə görüşdə bunu demək istəyirdim - Şəhid atası
- Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı
- 20 günün əsgəri vəfat etdi