Ermənistan Daxili İşlər Nazirliyi ordunun təlim-məşq toplanışından yayınmaq üçün sərhədi keçməyə çalışan şəxsi saxlayıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, 26 yaşlı P.Gevorq adlı şəxs xüsusi əməliyyat nəticəsində tutulub. O, Gürcüstanla Ermənistan arasında yerləşən “Baqrataşen” sərhəd-keçid məntəqəsində ələ keçib.
Erməni mediası onun işdən azad edildiyini açıqlayıb.
Qeyd olunur ki, P.Gevorq oktyabrın 30-da Ermənistan Cinayət Məcəlləsinin 462-ci maddəsi (təlim-məşq toplanışından yayınma) ilə axtarışa verilib.
Məsələ ilə bağlı araşdırma aparılır.
- Bu xəbərlərə də göz at
- Məşhur baş məşqçi Şahruddinin komandasına gəlir?
- Rusiyanın Su-24 qırıcısı məhv edildi
- Qərbin Ukraynaya diqqəti azalmayacaq - Kuleba
- BMT-dən taxıl sazişi ilə bağlı yeni açıqlama
- Xalq şairi Hüseyn Arifin qızı vəfat etdi
- Messi 2023-cü ilin idmançısı seçildi