Bir neçə gün öncə müğənni Xatirə İslam üzünə yeni doğulan uşağın aktiv hüceyrəsini köçürdüyünə görə sosial şəbəkələrdə tənqid atəşinə tutulub.
Qeyd edək ki, kosmetoloji prosedur zamanı həkim "Yeni doğulan uşağın aktiv hüceyrəsini sizə köçürürük" ifadəsini işlətmişdi. Bununla bağlı yayılan videogörüntüdən sonra izləyicilər müğənnini tənqid ediblər. BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Xatirə İslam sosial şəbəkədə video açıqlama yayaraq bildirib:
"Kosmetoloq yanında olarkən həkim ampulanı göstərib dedi ki, onu Amerikadan sifariş ediblər, tərkibində də yeni doğulan uşağın aktiv hüceyrəsi var.
Azərbaycanda olan verilişlərin 80-90 faizi "kök hüceyrə"ni reklam edir. Ağrıların azalması üçün "kök hüceyrə"ni ayağa, ələ, dizə, sümüyə də vururlar. Bunu axı həkimin özü düzəltməyib, bu, hazır preparatdır. Qurtarın bu işverənliyi! Bu şeyləri eləmək nəyə lazımdır?"
- Yanğının söndürülməsinə helikopterlər cəlb edildi - Video - Fotolar
- Bakıda güclü yanğın başladı - Video
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
- Bakının bu məntəqələri arasında xüsusi avtobuslar olacaq
- Bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
- Prezidentimizlə görüşdə bunu demək istəyirdim - Şəhid atası
- Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video