KTMT-də heç kim Ermənistanı tərk etməyi planlaşdırmır. İrəvan rəhbərliyindən KTMT-dən çıxma ilə bağlı təşkilata rəsmi müraciət daxil olmayıb.
BUTA.TV xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov Moskva-Minsk-Astana-Bişkek-İrəvan videobağlantısı zamanı deyib.
“Ermənistanın 2023-cü ildə KTMT tədbirlərində məhdud iştirakına gəlincə, dövlətdə vəziyyət istənilən şəkildə inkişaf edə bilər. Biz burada həll yollarını müzakirə etmirik. Ermənistan qanunvericilik fəaliyyətində, Təşkilatın sənədlərinə baxılmasında, daimi fəaliyyət göstərən orqanların fəaliyyətinin maliyyələşdirilməsində iştirak edir”, - o bildirib.
Sidorov qeyd edib ki, KTMT-də Təşkilatın Qafqaz regionuna marağını itirməsi və ya Ermənistanı tərk etməsi barədə söhbət getmir.
- Balakəndə narkotik plantasiyası aşkarlandı
- Biləcəridə işıq olmayacaq
- Bakıda güclü yanğın: xəsarət alan var?
- Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı
- Londonda azərbaycanlı qadın vəfat etdi - Foto
- Bakıda güclü yanğın: Nazir hadisə yerindədir - Foto
- Kəmaləddin Heydərov hadisə yerində - Video
- Yanğının söndürülməsinə helikopterlər cəlb edildi - Video - Fotolar