Qubad İbadoğlunun həbs müddəti uzadıldı

15:34 - 16 Noyabr 2023 - KRİMİNAL

 Qubad İbadoğlunun həbs müddəti uzadıldı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

BUTA.TV xəbər verir ki, bu barədə qərar Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda qəbul edilib.

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, bu ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilmişdi.

Bu xəbər hal-hazırda çox oxunur
Şahrux Xandan azərbaycanlılara jest - Video

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol