Zəngəzur dəhlizinin istifadəyə verilməsi Gürcüstanın tranzit biznesinə mənfi təsir göstərməyəcək.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Dubayda keçirilən "Xəzər Həftəsi Forumu 2023" tədbirində Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.
"Gürcüstandan olan dostlar narahatdırlar ki, Zəngəzur dəhlizi onların tranzit biznesinə mənfi təsir göstərəcək. Amma bu doğru deyil. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə logistik marşrutların əksəriyyəti Cənubi Qafqazdan keçəcək və bu da hamı üçün əlverişlidir", - sabiq səfir vurğulayıb.
O qeyd edib ki, Zəngəzur dəhlizi regionun əsas oyunçularının tranzit potensialını artıracaq:
"Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün imkanlarla yanaşı, Naxçıvanın inkişafına da təsir göstərəcək".
- Balakəndə narkotik plantasiyası aşkarlandı
- Biləcəridə işıq olmayacaq
- Bakıda güclü yanğın: xəsarət alan var?
- Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı
- Londonda azərbaycanlı qadın vəfat etdi - Foto
- Bakıda güclü yanğın: Nazir hadisə yerindədir - Foto
- Kəmaləddin Heydərov hadisə yerində - Video
- Yanğının söndürülməsinə helikopterlər cəlb edildi - Video - Fotolar