Vaşinqtonda Ağ Ev qarşısında insan haqları təşkilatlarının üzvləri aksiya keçirərək Qəzzada axan qanı dayandırmağı və İsrailə silah tədarükünü sonlandırmağı tələb edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Fəallar Ağ Ev qarşısında meydançada plastik torbalara bükülmüş manekenlər düzüblər. Bu, Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi nəticəsində Qəzzada həlak olanları simvolizə edib.
Bundan əlavə, bəzi iştirakçılar “Atəşi elə indi dayandırın!” yazılı köynəklərlə aksiyaya çıxıblar.
- Balakəndə narkotik plantasiyası aşkarlandı
- Biləcəridə işıq olmayacaq
- Bakıda güclü yanğın: xəsarət alan var?
- Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı
- Londonda azərbaycanlı qadın vəfat etdi - Foto
- Bakıda güclü yanğın: Nazir hadisə yerindədir - Foto
- Kəmaləddin Heydərov hadisə yerində - Video
- Yanğının söndürülməsinə helikopterlər cəlb edildi - Video - Fotolar