ABŞ Azərbaycanı açıq şəkildə hədələdi

23:58 - 15 Noyabr 2023 - SİYASƏT

 ABŞ Azərbaycanı açıq şəkildə hədələdi

ABŞ qətiyyətlə Ermənistanın tərəfini tutdu, açıq şəkildə dəstəyini bildirdi.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib ki, ABŞ “Azərbaycana hərbi və digər yardımları dayandırıb və yüksək səviyyəli səfərləri ləğv edib və Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ikitərəfli münasibətlərin normallaşmasının baş verməyəcəyini Bakıya çatdırıb”.

Obrayen qeyd edib ki, ABŞ "19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş müşahidə olunmayınca Azərbaycan üçün hər şeyin normal olmayacağını açıq şəkildə bəyan edib".

"Biz dəfələrlə siqnallar ötürmüşük ki... Ermənistan daxilində güc tətbiqi tamamilə qəbuledilməzdir", - deyə Azərbaycanın ABŞ-a belə bir niyyətinin olmadığı barədə məlumat verdiyini etiraf edərək deyib.

30 ilə yaxın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, etnik təmizləməyə, Xocalı soyqırımına, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün olmasına məhəl qoymayan ABŞ, xüsusən də Dövlət Departamenti daha bir absurd addım atıb. Bu, yekunda Azərbaycanla münasibətlərə təsir edəcək və Vaşinqtonun danışıqlarda qərəzsiz moderator imicini daha da sarsıdacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol