Ötən ay karyerasını başa vuran Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov yetirməsi olduğu "Neftçi"nin heyətində vida matçı keçirəcək.
Klubdan BUTA.TV-a verilən məlumata görə, 36 yaşlı keçmiş yarımmüdafiəçinin futbolla rəsmən vidalaşması "ağ-qaralar”ın Bakıda Rusiyanın "Zenit" komandasına qarşı oynayacağı yoldaşlıq görüşünə təsadüf edəcək.
Noyabrın 18-də “Neftçi Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Ruslan Abışov 2006-2012 və 2017-2019-cu illərdə “Neftçi”də çıxış edib. O, 2011-ci və 2012-ci illərdə paytaxt klubunun heyətində Azərbaycan çempionu olub.
- Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı - Açıqlama
- Hərbçilər minaya düşdü: Hərbi Prokurorluqdan reaksiya
- Balakəndə narkotik plantasiyası aşkarlandı
- Biləcəridə işıq olmayacaq
- Bakıda güclü yanğın: xəsarət alan var?
- Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı
- Londonda azərbaycanlı qadın vəfat etdi - Foto
- Bakıda güclü yanğın: Nazir hadisə yerindədir - Foto