İrandan tranzit keçməklə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusda külli miqdarda narkotik vasitələr və psixotrop maddə aşkar edilib.
BUTA.TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Komitənin Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İrandan tranzit keçməklə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusdakı sərnişinin üzərinə baxış keçirilib.
Yoxlama zamanı həmin şəxsin ayaqqabılarının içərisindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda - 205,776 qram metamfetamin psixotrop maddəsi, 189,610 qram heroin və 4,93 qram metadon narkotik vasitələri aşkar edilib.
Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) və 234.4.1, 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb və bir nəfər cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işinin istintaqı davam etdirilir, cinayətə aidiyyəti olan digər şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
- Yanan anbar “Trendyol”a məxsusdur? - Açıqlama
- Azərbaycanda yeni universitet yaradıla bilər
- Sumqayıtda bağçada təhlükə: ərazi nəzarətə götürüldü
- Rasim İldırımzadənin işi: Vəkillər həbssiz cəza xahiş etdilər
- Qohumunun evindən 20 minlik oğurluq edən şəxs saxlanıldı
- Vüsal Aslanov sərnişinlərdən üzr istədi
- Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
- Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı - Video