"Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratmış və onun inkişafına güclü təkan vermişdir."
Azərbaycan Konstitusiya günü münasibətiylə "Magen David Group"un rəhbəri və Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov AJMEDİA.İNFO-a öz müsahibəsində bildirmişdir
Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır.
Vətəndaşlarının hüquq və azadlıqlarını elan edən və zəmanət verən Konstitusiya günümüz mübarək!
- Yanan anbar “Trendyol”a məxsusdur? - Açıqlama
- Azərbaycanda yeni universitet yaradıla bilər
- Sumqayıtda bağçada təhlükə: ərazi nəzarətə götürüldü
- Rasim İldırımzadənin işi: Vəkillər həbssiz cəza xahiş etdilər
- Qohumunun evindən 20 minlik oğurluq edən şəxs saxlanıldı
- Vüsal Aslanov sərnişinlərdən üzr istədi
- Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
- Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı - Video