Binəqədidə qəsdən adam öldürən şəxs saxlanıldı

23:34 - 13 Noyabr 2023 - GÜNDƏM

 Binəqədidə qəsdən adam öldürən şəxs saxlanıldı

Noyabrın 12-də saat 23 radələrində Binəqədi rayonu ərazisində 1999-cu il təvəllüdlü İzmir Savadovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi Rayon Prokurorluğundan BUTA.TV-a bildirilib ki, araşdırmalarla 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Bu xəbər hal-hazırda çox oxunur
20 günün əsgəri vəfat etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol