Avropa Birliyi nazirləri Ermənistanda Azərbaycanla sərhədin gərgin olan ərazilərində "daha çox patrul həyata keçirəcək mülki missiyanın sayının artırılması" təklifini dəstəkləyiblər.
BUTA.TV xəbər verir ki, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell məlumat verib.
Onun sözlərinə görə, Avropa Sülh Fondunun vəsaitləri hesabına Ermənistana mümkün dəstək və Ermənistan vətəndaşları üçün "vizanın liberallaşdırılması" variantı da müzakirə olunub.
“Biz Ermənistanda sabitliyi pozmağa yönəlmiş istənilən cəhdlərə qarşı xüsusilə ayıq olmalıyıq – istər daxildən, istərsə də xaricdən. Azərbaycana mesajım aydın idi: Ermənistanın ərazi bütövlüyünə xələl gətirmək cəhdləri qəbuledilməz olacaq və münasibətlərimizin keyfiyyəti üçün ağır nəticələr doğuracaq”, - Borrell vurğulayıb.
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir