Azərbaycanın FİFA referisi Rauf Cabbarov təyinat alıb.
BUTA.TV xəbər verir ki, bu barədə UEFA-nın yaydığı məlumatda bildirilib. O, 21 yaşadək futbolçulardan ibarət Şimali Makedoniya və Gürcüstan milliləri arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.
Rauf Cabbarova yan xətdə Namik Hüseynov və Müslim Əliyev kömək göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 16-da Skopyedə keçiriləcək Şimali Makedoniya - Gürcüstan qarşılaşması Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir
- Yanan anbar “Trendyol”a məxsusdur? - Açıqlama