Rusiya daha bir neçə Afrika ölkəsi ilə müqavilə imzalamağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumata görə, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib ki, Moskva yaxın gələcəkdə daha altı Afrika ölkəsi ilə hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq. Fominin sözlərinə görə, son illər Rusiya Afrika ölkələri ilə müdafiə sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirir:
“Hazırda 54 Afrika ölkəsindən 30-u ilə hərbi müqavilələr imzalanıb”.
Fomin Rusiyanın hansı Afrika ölkələri ilə müqavilə imzalayacağını dəqiqləşdirməyib.
Qeyd olunur ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov son aylarda Burkina-Faso, Niger, Mali və Liviya nümayəndə heyətləri ilə görüşüb.
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir