Rusiya prezidenti Vladimir Putinin qonaqları oturtduğu stol yenidən dünya mətbuatının və sosial şəbəkələrin müzakirə obyektinə çevrilib.
“BUTA.TV” musavat.com-a istinadən bildirir ki, bu dəfə müzakirələr onun yeni stolu ilə bağlıdır. "Spiegel" nəşri ötən həftə Putinin Kreml sarayında Rusiyanın 12 dini liderini qəbul etdiyi tədbirdən yayımlanan fotoya diqqət çəkib.
Fotodan aydın görünür ki, Putinin oval formalı uzun stolu dördkünc stolla əvəzlənib. Lakin stol o qədər böyük və enlidir ki, qarşı-qarşıya oturan şəxslər arasında 6 metrə yaxın məsafə yaranır.
Dini liderlərlə görüşdə Rusiya prezidenti stolun bir tərəfində tək oturub, dini liderlər isə o biri tərəfdə. Nəticədə, ən yaxın qonaqla Putinin arasında 6 metrlik məsafə yaranıb. Aydın görünür ki, Rusiya prezidenti yaxın ətrafında kiminsə əyləşməyindən ehtiyat edir.
- Bu xəbərlərə də göz at
- Nar bütün xəstəlikləri müalicə edir
- Bu ölkədə də dövlət çevrilişinə cəhd edildi
- ABŞ orbitə 20-dən çox hərbi peyk buraxacaq
- İnanılmaz: Rusiyada daha bir bazar yanır - Video
- Zelenski Ukrayna xalqına xəbərdarlıq etdi
- Zaporojye AES-də təhlükəli vəziyyət: generatorlar işə salındı