İsrail HƏMAS terrorçularının Rusiyaya səfərini pisləyib və ölkə hakimiyyətini onları dərhal qovmağa çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə etirazını bildirən İsrail Xarici İşlər Nazirliyi HƏMAS-ın İŞİD-dən betər terror təşkilatı olduğunu vurğulayıb.
“HƏMAS liderlərinin əlləri bıçaqlanan, öldürülən, güllələnən və yandırılan 1400-dən çox israillinin qanına boyanıb. Onlar körpələr də daxil olmaqla, 220-dən çox israillinin qaçırılmasına görə məsuliyyət daşıyırlar. İsrail HƏMAS liderlərini Moskvaya dəvət etməyi terrora dəstək verən və HƏMAS terrorçularının vəhşiliklərini qanuniləşdirən nalayiq addım kimi nəzərdən keçirir”, - XİN-in bəyanatında bildirilib.
Qeyd edək ki, ötən gün HƏMAS təşkilatının nümayəndələri Moskvaya səfər ediblər.
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək