Kazandan Antalyaya uçan Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi kursunu dəyişərək Qazaxıstana enməli olub.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, uçuş zamanı təyyarədə olan 17 yaşlı rusiyalı sərnişin infarkt keçirib. Təyyarədə olan həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Məhz bu səbəbdən təyyarə Qazaxıstana enməyə məcbur olub. Daha sonra təyyarə yanacaq doldurmaq üçün Trabzona uçub.
Təyyarə Kazandan qalxandan 12 saat sonra Antalyaya enə bilib.
Qeyd edək ki, bu gün Antalyadan Yekaterinburqa uçan sərnişin təyyarəsi mühərrikin birinin xarab olması səbəbindən Qazaxıstanın Aktau aeroportuna enməli olmuşdu.
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək
- "Kapital Bank"ın İdarə Heyətinin sədri onlarla görüş keçirdi