Kimlərsə düşünürsə ki, Azərbaycan ərazisindən Laçın yolundan silahların daşınması, minaların daşınması, qanunsuz daşınmaları həyata keçirəcəklər, bütün bunların erası başa çatmışdır.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.
“Bir faktı da qeyd edim ki, Ermənistan 30 il ərzində işğal və təcavüz faktının tərkib hissəsi olaraq, Azərbaycanın gömrük rejimini pozub, özü idxal etdiyi məhsullara gömrük rüsumları tətbiq edib, ondan böyük məbləğdə vəsaitlər qazanaraq Azərbaycan büdcəsinə ciddi şəkildə zərər vurub və bu məhsulların Azərbaycan ərazisinə idxalını təmin edib. Bunun özünün də ayrıca qiymətləndirilməsi aparılmalıdır. Bu, Ermənistan tərəfindən Azərbaycana ödənilməli olan ayrıca təzminat mövzusudur. Düşünürük ki, bu da ayrıca hüquqi müstəvilərdə olunacaq məsələdir”, - o əlavə edib.
- Ən çox bankçılıq mükafatını ABB qazanıb
- Sabah intensiv yağış yağacaq
- ISO 20121 standartı Azərbaycanda ilk dəfə tətbiq olundu
- Dünyanın ən kirli paytaxtları: Bakı neçənci yerdədir?
- Mədəniyyət Nazirliyində struktur dəyişikliyi oldu
- İran İsraildə dron zavodunu vurdu - Foto
- Nizami Kino Mərkəzininn divarına qrafit çəkənlər saxlanıldı
- Aprel döyüşlərinin 10-cu ildönümü: “Zəfər Yolu”nun təqdimatı...