FTX Menendesin cinayət təhqiqatını davam etdirir

13:26 - 27 May 2023 - GÜNDƏM

 FTX Menendesin cinayət təhqiqatını davam etdirir

Federal Prokurorluq və Federal Təhqiqat Bürosu (FTX) artıq federal cinayət təhqiqatında olan və Nyu Cersidən olan senator – ermənipərəst Robert Menendes və onun milliyyətcə erməni olan həyat yoldaşı Nadin Arslanyanın halal ət istehsalı üzrə fəaliyyət göstərən və barəsində təhqiqat aparılan şirkətdən lüks avtomobil və Vaşinqtonda mənzil formasında rəsmiləşdirilməmiş hədiyyələr alıb-almadığını araşdırır.

BUTA.TV Report-a istinadən xəbər verir ki, Menendeslə bağlı aparılan araşdırma hökumətin yuxarıda adı çəkilən ət şirkətinin ofislərində və onun prezidentinin evində aparılan axtarışla bağlıdır.

Axtarışlar Misir hökumətinin 2019-cu ildə ABŞ-ın “IS EG Halal” şirkətini dünyanın istənilən yerindən ölkəyə halal ət idxalının yeganə səlahiyyətli idxalçısı etmək qərarından sonra başlayıb. ABŞ Kənd Təsərrüfatı Nazirliyi xəbərdarlıq edib ki, bu addım Misirdəki 90 milyon müsəlman üçün ətin qiymətini qaldıra və bazar nizamını poza bilər.

Oktyabr ayında ilk çağırışlar açıqlanandan bəri, son vaxtlara qədər Menendeslə bağlı federal araşdırmanın irəliləyişinə dair çox az xarici əlamət var idi. İki həftə əvvəl eyni araşdırma çərçivəsində Manhetten prokurorluğu Nyu Cersi qanunvericilik orqanında “ilişib qalan” və Hudzon çayı boyunca tikinti layihələrinin hündürlüyünü məhdudlaşdıran qanun layihəsi ilə bağlı sənədləri yenidən araşdırmağa başlayıb. Çağırış vərəqəsində Menendes, onun həyat yoldaşı, eləcə də regionun ən məşhur daşınmaz əmlak sahiblərindən biri olan Fred Daybes haqqında hər cür məlumat istənilib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol