Mayın 24-də saat 18 radələrində paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polisin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Ondan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb.
Ə.Orucov xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
- "Blogerlər"in saxta fotoları - DTX yalanları ifşa etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Prezidentin ailəsini şantaj edən şəxs saxlanıldı - Video
- Kəlbəcərdə ilk kütləvi Novruz tədbiri keçirildi
- Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
- Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bakının Tiflis prospektində "cib" tipli zolaqlar salınacaq
- FHN 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində təlim keçirdi