Peskovdan rus alimlərin həbsinə reaksiya

17:02 - 24 May 2023 - GÜNDƏM

 Peskovdan rus alimlərin həbsinə reaksiya

Alimlərin dövlətə xəyanətə görə həbs edilməsi tendensiyası yoxdur və xüsusi xidmət orqanları öz funksiyalarını yerinə yetirir.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Burada mən heç bir tendensiya haqqında nəticə çıxarmazdım. Bizim xüsusi xidmət orqanlarımız öz funksiyalarını yerinə yetirir, dövlət sirrini qoruyur və dövlətə xəyanətdə şübhəli bilinən vəziyyətə nəzarət edir”, - o bildirib.

Qeyd edək ki, Rusiyanın Novosibirsk Nəzəri və Tətbiqi Mexanika İnstitutunun hipersəs uçan aparatlarının yaradılması ilə məşğul olan 3 alimi - texniki elmlər doktoru, baş elmi işçi, institutda yüksək sürətli aeroqazdinamika laboratoriyasının əsasını qoyan Valeri Zvyagintsev, baş elmi işçisi Anatoli Maslov və institutun direktoru Aleksandr Şiplyuk dövlətə xəyanət maddələri ilə həbs olunublar. Onları ömürlük həbs cəzası gözləyir.

Alimlər hipersəs texnologiyaları ilə bağlı məlumatları Çinə ötürməkdə günahlandırılır.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol